Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinə nota verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BMT baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
Pentaqondan sızdırılan sənədlərin Baş katibin çıxışlarının təhrif olunmuş xülasəsi olduğunu aşkar etdiklərini qeyd edən Düjarrik, “Biz ev sahibi ölkəyə rəsmi şəkildə narazılığımızı bildirdik ki, Baş katib və digər yüksək səviyyəli BMT rəsmilərinin kommunikasiya trafiki ABŞ hökuməti tərəfindən izlənilir və müdaxilə edilir” – deyib.
Düjarrik bu cür fəaliyyətlərin Birləşmiş Ştatların BMT Nizamnaməsi və BMT-nin İmtiyazlar və İmmunitetlər Konvensiyasından irəli gələn öhdəliklərinə zidd olduğuna diqqət çəkib.
Manşet.az