Ermənistanda üzümün alış prosesindən narazı olan fermerlər İrəvan-Arazdəyən yolunu bağlayıblar.
Bu barədə Manşet.az “shamshyan.com”a istinadən xəbər verir.
Etiraz aksiyasının keçirildiyi əraziyə çox sayda polis əməkdaşı gəlib.
Fermerlər Ararat vilayətinin qubernatoru və hökumət nümayəndəsi ilə görüşməyi tələb edirlər.