Facebook, Instagram, Messenger və WhatsApp kimi sosial media platformalarının top şirkəti olan Meta, ortaya çıxan məlumata görə, minlərlə işçisini ixtisar etməyə hazırlaşır.
Manset.az xəbər verir ki, işdən çıxarılmalar Meta şirkətinin baş direktoru Mark Zukerberqin “məhsuldarlıq ili” adlandırdığı daha geniş struktur dəyişikliyinin bir hissəsi olacağını bildirib.
Zukerberq bildirib ki, şirkət yaxın aylarda 10 min işi, xüsusən də “aşağı prioritet layihələrlə” bağlı olanları ixtisar edəcək. Aşkar edilən məlumata görə, bu həftəki ixtisarda 4000-ə yaxın insanın işsiz qala biləcəyi bildirilib.
Zukerberq daha əvvəl demişdi ki, aprel ixtisarı texnologiya departamentlərindəki rollara təsir göstərəcək, may ayında planlaşdırılan başqa bir ixtisar mərhələsi isə biznes tərəfinə təsir göstərəcək.
Bəziləri hesab edir ki, Reality Labs, Facebook tətbiqi və genişləndirilmiş və virtual reallıq təcrübələrinə həsr olunmuş bölmə daxilindəki bir çox layihə və komanda tezliklə ixtisarların təsirinə məruz qalacaq. Bununla belə, ortaya çıxan bir hesabata görə, Meta metaverse-odaklı işləri ənənəvi markalara satmağa çalışdığı üçün oyun inkişafı üzərində işləyənlərin hələlik təhlükəsiz olduğu deyilir.
Jalə
Manşet.az