Ukraynaya silah daşınmasında son vəziyyət - İsveçrədən imtina, Almaniyadan Patriot... (FOTO)

22:24 - 19 Aprel 2023

Ukraynaya silah daşınmasında son vəziyyət - İsveçrədən imtina, Almaniyadan Patriot... (FOTO)

Almaniya Rusiyanın hücumlarına qarşı Ukraynaya dəstəyini davam etdirir. Almaniya federal hökumətinin rəsmi saytında verilən açıqlamada Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi və döyüş sursatının çatdırıldığı bildirilib.

 

Manset.az CNNTürk-ə istinadən xəbər verir ki, Berlin Ukraynaya Patriot hava hücumundan müdafiə sisteminin təhvil verildiyini açıqlayıb. Digər tərəfdən, İsveçrə prezidenti Berset Almaniyaya səfəri zamanı ölkəsinin neytrallıq prinsipinə işarə edərək, Ukraynaya İsveçrəyə aid silah və sursat göndərməkdən bir daha imtina edib.

Bundan əlavə, Ukraynaya 16 “Zetros” markalı yük maşını və daha 2 sərhəd mühafizə maşınının göndərildiyi bildirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az