ABŞ-da ilk dəfə olaraq Ramazan bayramı rəsmi tətil elan edildi

09:58 - 20 Aprel 2023

ABŞ-da ilk dəfə olaraq Ramazan bayramı rəsmi tətil elan edildi

ABŞ-da ilk dəfə olaraq bir bələdiyyə Ramazan bayramını rəsmi tətil elan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.

Miçiqan ştatının Dirborn şəhərinin meri Abdullah Hammud yerli mediaya açıqlamasında "Birinci dəfədir ki, bir bələdiyyə Ramazan bayramını bayram elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınmış olur. Düşünürəm ki, bu, çox vacibdir" – deyib.

Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının ilk günü ödənişli məzuniyyət veriləcək, cümə günü, aprelin 21-də meriya ilə yanaşı, məhkəmələr, kitabxanalar kimi rəsmi qurumlar da bağlanacaq.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az