Avropaya quraqlıq xəbərdarlığı edildi

10:56 - 20 Aprel 2023

Avropaya quraqlıq xəbərdarlığı edildi

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin “2022-ci il Avropa İqlim Bəyanatı” hesabatı dərc olunub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidmətinin mütəxəssisləri gələn yay üçün xüsusilə Aralıq dənizi regionunda və Cənubi Avropada quraqlıq olacağını proqnozlaşdırıblar.

Hesabata görə, son 8 il dünyanın ən isti dövrü olub. 2022-ci il Avropada qeydə alınan ən isti ikinci il olub. Son 5 ildə Avropada havanın orta temperaturu sənayedən əvvəlki dövr hesab edilən 1850-1900 intervalından 2,2 dərəcə yüksək ölçülüb. Bu artım dünya üzrə orta hesabla 1,2 dərəcə idi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az