NATO-nun baş katibi gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yens Stoltenberq Kiyevdə “Naməlum Əsgər” abidəsini ziyarət edib.
Həmin anların fotolarını Ukrayna mətbuatı təqdim edib.
Rusiya-Ukrayna müharibəsinin başlanğıc nöqtəsi Ukraynanın NATO-ya üzvlükdə israrlı olması və sonrakı müzakirələr olmuşdu.
Səfərlə bağlı rəsmi açıqlama və Stoltenberqin mümkün təmasları barədə məlumat verilməyib.
Manşet.az