Yapon aviaşirkəti ANA səhvən 10 min dollarlıq təyyarə biletlərini 300 dollara satıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, biletlərin əksəriyyəti İndoneziya və Yaponiyaya satılıb.
Firmanın biletləri ləğv etmək hüququ var, lakin qərar hələ verilməyib.
Səhv aşkar edildikdən sonra qiymətlər düzəldilib. Qərar verilənə qədər uçuş tarixi gələnlər ucuz biletlərlə uça bilərlər.
Manşet.az