SpaceX, Marsa səyahət üçün yol açacağı güman edilən Starship-i kosmosa göndərib
Bu barədə Manset.az Trt Haber-ə istinadən xəbər verir.
Qeyd edək ki, indiyə qədər yaradılmış ən güclü raketlə işləyən kosmik gəmi, NASA-nın Ay raketindən təxminən iki dəfə güclüdür.
Kosmik gəminin əvvəllər Mars və Aya enməsi nəzərdə tutulan hissəsinin sınaqları uğurla keçib.
Bu dəfə buraxılış onu atmosferdən atacaq raketlə həyata keçirilib.
Ümumi hündürlüyü 119 metr olan "Starship"in böyük itkili raket bölməsində 33 mühərriki var.
Ulduz gəmisi Yer ətrafında bir tam orbitini tamamlayacaq və Havay adaları yaxınlığında planetin atmosferinə yenidən daxil olacaq.
Həmçinin Kosmik gəminin təxminən 1,5 saatlıq uçuşdan sonra Sakit Okeana düşəcəyi gözlənilir.
İndiyədək “Starship” atmosferdə 5 dəfə sınaqdan keçirilib və onun alışması və mühərrikləri sınaqdan keçirilib.
Jalə
Manşet.az