Türkiyənin fevral ayında zəlzələ baş verən Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində güclü fırtına baş verib.
Manset.az yerli mətbuata istinadən xəbər verir ki, fırtına zəlzələ qurbanlarının sığındığı çadırları dağıdıb, binaların damları uçub.
Fırtına nəticəsində 1 nəfərin öldüyü, 44 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə çoxlu sayda təcili yardım göndərilib.