İranın Ali lideri təsdiqlədi - 1760 məhkum...

21:19 - 20 Aprel 2023

İranın Ali lideri təsdiqlədi - 1760 məhkum...

İranın Ali dini lideri Əli Xamneyi 1760 məhkum üçün amnistiya və ya cəzanın azaldılmasını nəzərdə tutan təklifi təsdiqləyib.

 

Manset.az xəbər verir ki, qərar Ramazan bayramı ilə əlaqədar İnqilab və Ümumi Məhkəmələr və Silahlı Qüvvələrin məhkəmə qurumları tərəfindən cəzalandırılan məhbusları əhatə edib.

İran Konstitusiyasına görə, Xamneyi məhbusları əfv etmək səlahiyyətinə malikdir. İran Ədliyyəsinin tələbi ilə Xamenei hər il, xüsusən də inqilabın ildönümündə, bayram və digər dini günlərdə məhbuslar üçün amnistiya elan edib.

Qeyd edək ki, fevral ayında Xamneyinin təsdiqi ilə inqilabın 44-cü ildönümü münasibətilə Mahsa Emini nümayişləri ilə əlaqəsi olanlar da daxil olmaqla, on minlərlə məhbus və məhkum amnistiyaya və ya cəza müddəti azaldılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az