Bu ölkədə quş qripi aşkarlandı

21:37 - 20 Aprel 2023

Bu ölkədə quş qripi aşkarlandı

Polşada ördək fermasında quş qripi aşkarlanıb.

 

Manet.az Haber Global-a istinadən xəbər verir ki, Polşada, ölkənin qərbindəki Kaliş şəhərinin Oşçeklin kəndindəki bir fermada quş qripi aşkar edildikdən sonra 37 min ördəyin məhv ediləcəyi açıqlanıb.

Regional baytar Milosz Bakowski, təsərrüfatdakı 29 min ördəyin qazla kəsilməsinə qərar verildiyini, sözügedən kənddən 1 kilometr uzaqlıqdakı Dabrova kəndindəki başqa bir fermada isə 8 min ördəyin tədbir olaraq kəsiləcəyini bildirib.

Kalisk Kənd Təsərrüfatı Müdirliyinə bağlı qruplar ördəklərin kəsilməsinə başlayarkən, Oszczeklin kəndinin 10 kilometr radiusunda yerləşən quşçuluq təsərrüfatlarına rayon baytarının icazəsi olmadan ev quşları satmaq və ya sürünü böyütmək üçün yeni ev quşları almaq qadağan edilib. 

Qeyd edək ki, Polşada 300-ə yaxın ferma ilə ən çox quşçuluq fermasına sahib olan Kalisk şəhərinin kəndlərində ilin əvvəlindən 28 quş qripinə yoluxma halı qeydə alınıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az