Zelenski NATO-nun sammitində iştirak edəcək

13:00 - 21 Aprel 2023

Zelenski NATO-nun sammitində iştirak edəcək

“Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak etməyə razılıq verib”.

 

Manset.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.

O həmçinin qeyd edib ki, Ukraynaya hərbi təyyarələrin tədarükü və mövcud qırıcıların yanacaq, ehtiyat hissələri, texniki xidmət və s. ilə təmin olunması vacib məsələdir.

Xatırladaq ki, NATO-ya üzv ölkələrin növbəti sammitinə iyulun 11-12-də Litvanın paytaxtı Vilnüs ev sahibliyi edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az