Avstriyalı müəllim ölkəsinə gələn uşaqları təhqir etdi

10:53 - 22 Aprel 2023

Avstriyalı müəllim ölkəsinə gələn uşaqları təhqir etdi

Avstriyanın paytaxtı Vyanada alman dili müəllimi öz dərslərində Suriya, Türkiyə və Ukraynadan olan uşaqları təhqir etməkdə ittiham olunur.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “ORF” teleşirkəti yayıb.

Məlumata görə, Vyanada orta məktəbin müəllimi sözügedən ölkələrdən olan uşaqlara heç nə bacarmadıqlarını və öz ölkələrinə qayıtmalı olduqlarını deyib. 

Müəllimənin ümumilikdə uşaqlarla kobud davrandığı, onlar və valideynləri barədə təhqiramiz ifadələr səsləndirdiyi vurğulanıb. 

Hazırda şəhər üzrə təhsil departamenti məsələni araşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az