Daha bir ölkə Sudandan 140 vətəndaşının təxliyəsinə başladı

23:25 - 23 Aprel 2023

Daha bir ölkə  Sudandan 140 vətəndaşının təxliyəsinə başladı

Türkiyə hakimiyyəti Sudandan 140 vətəndaşının təxliyəsinə başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmaların baş verdiyi Sudandan 140 nəfərin təxliyəsi başlayıb. Vətəndaşlar Efiopiya vasitəsilə Türkiyəyə çatdırılacaq”, - Türkiyə XİN-dən bildiriblər.

Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən silahlı qarşıdurmalarda 420 nəfər həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az