Peskov oğlunun Ukraynadakı müharibədə iştirakını təsdiqlədi

15:51 - 24 Aprel 2023

Peskov oğlunun Ukraynadakı müharibədə iştirakını təsdiqlədi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın Ukraynadakı xüsusi əməliyyatda iştirak etdiyini təsdiqləyib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Peskov oğlunun vaxtı ilə Rusiya Silahlı Qüvvələrində xidmət etdiyini deyib:

“O, öz borcunu yerinə yetirib. İndi də belə bir qərar verib. Amma mən bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az