ABŞ-ın paytaxtı Vaşinqtonda toplaşan çoxlu sayda türk vətəndaşı 1915-ci il hadisələri ilə bağlı Türkiyənin Vaşinqtondakı səfirliyi və səfirlik iqamətgahı qarşısında hərəkətə keçən ermənilərə etiraz edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hər il aprelin 24-də 1915-ci il hadisələrinin ildönümündə ABŞ-dakı erməni dəstələri türk missiyaları qarşısında təxribat xarakterli yürüşlər və aksiyalar təşkil edirlər.
Erməni qrupları bu il də ənənələrini pozmayıblar.
Fəal qruplar Türkiyə və Azərbaycan əleyhinə plakatlar və şüarlar səsləndirərək Türkiyənin Vaşinqtondakı səfirliyi və səfirliyin iqamətgahı, eləcə də Azərbaycan səfirliyi qarşısında yürüş keçiriblər.
Türkiyə vətəndaşları Vaşinqton səfirliyi və səfirlik iqamətgahı qarşısına toplaşaraq erməni qruplaşmalarına etiraz ediblər.
Azərbaycan və Türkiyə bayraqları daşıyan türklər erməni qruplarına yürüş və şüarlarla etiraz ediblər.
Manşet.az