Ölkədə monarxiyanın ləğvini istəyən “Respublika” qrupunun üzvləri mayın 6-da Londondakı tarixi Westminster Abbey kilsəsində İngiltərə kralı Çarlzın tacqoyma mərasiminə etiraz etməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərədəki anti-monarxist “Respublika” qrupunun lideri Qrem Smit bəyan edib ki, mayın 6-da kral III Çarlzın mayın 6-da milyonlarla insanın izləyəcəyi tacqoyma mərasiminin yeganə yaxşı tərəfinin monarxiya əleyhdarlarına öz səslərini eşitdirmək imkanı olacağını bəyan edib.
Prinsipial bir arqument olaraq demokratik dəyərlərə zidd olan monarxiyadan çox bu dəyərləri əks etdirən bir quruma sahib olmaq istəklərini ifadə edən Smit, "Monarxiya məqsədə uyğun deyil. Bu ölkədə institutların necə işləməsi ilə bağlı standartlarımız var və monarxiya bu standartlardan çox geri qalır” – deyib.
Manşet.az