Nepalın paytaxtı Katmanduda 167 sərnişini olan təyyarə havaya qalxandan az sonra mühərriklərindən birinə quş çırpılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nepalın paytaxtı Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanından havaya qalxan Boeing 737-800 tipli Dubay təyyarəsinin havaya qalxdıqdan az sonra mühərriklərindən birinə quş çırpılıb.
İçində 167 sərnişinin olan “FlyDubai” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikinə quş çırpıldıqdan sonra alovlanıb.
Nepal Mülki Aviasiya Qurumundan verilən açıqlamada pilotlar və texniki heyət tərəfindən aparılan qiymətləndirmələr nəticəsində təyyarənin nasaz mühərrikinin söndürülməsinə və uçuşun davam etdirilməsinə qərar verildiyi bildirilib. Təyyarənin Dubayda enişi zamanı hava limanında təcili eniş prosedurları tətbiq edilib.
Hadisə ilə bağlı araşdırmaların davam etdirilir.
Manşet.az