Biz artıq Ukraynada əsir götürməyəcəyik, hamını döyüş meydanında öldürəcəyik - Vaqnerin lideri

16:17 - 25 Aprel 2023

Biz artıq Ukraynada əsir götürməyəcəyik, hamını döyüş meydanında öldürəcəyik - Vaqnerin lideri

Rusiyanın Ukraynaya hücumunda fəal iştirak edən muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin onun döyüşçülərinin daha Baxmutda əsir götürməyəcəyini və “düşmən” əsgərlərini öldürəcəyini bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Priqojin bu bəyanatı özünün Telegram səhifəsində ukraynalı əsgərlərin rus hərbi əsiri edam etdiyi iddia edilən videoya cavab olaraq verib. Videonun haradan gəldiyi və ya təsdiq edilib-edilməməsi ilə bağlı heç bir açıqlama verilməyib.

Priqojin bazar günü paylaşdığı səs yazısında "Biz döyüş meydanında hamını öldürəcəyik. Daha heç bir hərbi əsir götürməyəcəyik” – deyib.

"Ukraynalılar tərəfindən güllələnən adamımızın adını bilmirik" deyən Priqojin, beynəlxalq hüquqa görə, hərbi əsirlərə "baxılmalı və onlara zərər verilməməlidir" – deyib.

Vaqner lideri bəyan edib ki, onlar “döyüş meydanında bütün əsgərləri öldürəcəklər, çünki qrup beynəlxalq hüququ pozmayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az