Çin bu şəxslər üçün də COVID test tələbini aradan qaldırır

20:56 - 25 Aprel 2023

Çin bu şəxslər üçün də COVID test tələbini aradan qaldırır

Aprelin 29-dan Çin xaricdən gələn sərnişinlər üçün COVID-19 testinin nəticələrini bildirmək öhdəliyini qaldıracaq.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən müntəzəm mətbuat konfransında bildirib ki, bundan sonra sərnişinlərdən əvvəlcədən PCR testi tələb olunmayacaq və aviaşirkətlər test nəticələrini yoxlamayacaqlar.

Yanvarın 8-də Çin COVID-19-a "A kateqoriyalı epidemiya" kimi yanaşmağı dayandırdı, Sərhəd Sağlamlığı və Karantin Qanununa əsasən tətbiq edilən tədbirləri və məhdudiyyətləri ləğv edib və sərhədlərini yenidən açıb.

Xaricdən gələn sərnişinlərə tətbiq edilən məcburi karantin ləğv edilərkən, uçuşun davam etməsindən 48 saat əvvəl aparılan PCR testinin mənfi nəticəsi barədə məlumat vermək öhdəliyi götürülüb.

Yeni tətbiqdə sərnişinlərə səyahətdən yalnız 48 saat əvvəl antigen testindən keçərək sağlamlıqlarını yoxlamaları tövsiyə edilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az