Məktəbdə yanğın - Onlarla məktəbli qız özünü damdan atdı - VİDEO

22:17 - 25 Aprel 2023

Məktəbdə yanğın - Onlarla məktəbli qız özünü damdan atdı - VİDEO

Konqo Demokratik Respublikasının cənubundakı Lualaba əyalətinin mərkəzi Kolvezi şəhərindəki katolik məktəbində yanğın baş verib. 

 

Manset.az Tgrt Haber-ə istinadən xəbər verir ki, məktəbin yataqxanasında başlayan yanğının daha sonra məktəbin ibtidai və orta təhsil binalarına keçdiyi öyrənilib. Onlarla məktəbli qız alovdan xilas olmaq üçün təxminən 3 metr hündürlükdən damdan tullanıb.

 Ən azı 97 şagirdin xəstəxanaya yerləşdirildiyi, 30 şagirdin isə bədənində sınıq olduğu bildirilib.

Yanğının səbəbi hələ məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az