Aİ -dən bu platformalar üçün sərt qaydalar

22:30 - 25 Aprel 2023

Aİ -dən bu platformalar üçün sərt qaydalar

Aİ Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində 19 rəqəmsal platformaya sərt qaydalar tətbiq etməyə hazırlaşır.

 

Manset.az  Hürriyet.com-a istinadən xəbər verir ki, Aİ Komissiyası tərəfindən edilən açıqlamada AliExpress, Amazon Store, Apple AppStore, Bing, Booking.com, Facebook, Google Play, Google Maps, Google, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok Twitter olduğu bildirilib.  Vikipediya, Youtube və Zalando ciddi qaydalara tabe olacaq. Bu platformalar 4 ay ərzində DSA üzrə bütün yeni öhdəliklərə əməl etməli olacaqlar.

Aİ tərəfindən ciddi şəkildə tənzimlənəcək platformalar dezinformasiyanın qarşısını alacaq, qeyri-qanuni məzmuna qarşı çevik tədbirlər görəcək, uşaqları onlayn olaraq daha yaxşı qoruyacaq və risk qiymətləndirmələri aparacaq.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az