İranda hicab taxmayanlara xidmət göstərən onlarla müəssisənin fəaliyyəti dayandırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın paytaxtı Tehranda hivab taxmayanlara xidmət etdiyi üçün xəbərdarlıq edilən, lakin onlara məhəl qoymayaraq xidmət göstərməyə davam edən bir çox müəssisə möhürlənib.
Müəssisələr arasında apteklər, kafe və restoranlar və ticarət mərkəzi də var.
Manşet.az