Rusiya XİN-dən Taxıl Dəhlizi Sazişi ilə bağlı AÇIQLAMA

10:35 - 26 Aprel 2023

Rusiya XİN-dən Taxıl Dəhlizi Sazişi ilə bağlı AÇIQLAMA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-də mətbuat konfransı keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BMT-nin baş katibi Antonio Quterreşin Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubun “sızdırılmamasının” vacibliyinə diqqət çəkən Lavrov, Quterreş gübrə və qida ixracı ilə bağlı BMT və Rusiya arasında imzalanan anlaşma memorandumu çərçivəsində maneələrin aradan qaldırılması üçün səy göstərdiyini söyləyib:

"BMT-nin düzgün istiqamətdə səy göstərmədiyini deyə bilmərəm. Quterreş və BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi ölkələrin tətbiq etdiyi qeyri-qanuni sanksiyalarla bağlı razılığa gəlməyə çalışır. Lakin praktikada Taxıl Dəhlizi Sazişi istiqamətində səylər nəticə verməyib”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az