Konqo Demokratik Respublikasındakı katolik məktəblərindən birində yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məktəbin yataqxanasında başlayan yanğın daha sonra məktəbin ibtidai və orta təhsil binalarına keçib. Onlarla məktəbli qız alovdan xilas olmaq üçün təxminən 3 metr hündürlükdə olan damdan tullanıb.
Yerli mənbələrdən verilən açıqlamada ən azı 97 şagirdin xəstəxanaya yerləşdirildiyi, 30 şagirdin isə bədənində sınıq olduğu bildirilib.
Yanğının səbəbi hələ məlum deyil. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Manşet.az
OKULDA YANGIN ÇIKTI, ÖĞRENCİLER ÇATIDAN ATLADI
— Sabah (@sabah) April 25, 2023
Kongo Demokratik Cumhuriyeti’ndeki bir okulda çıkan yangında onlarca kız öğrenci çatıdan atladı. Olayda en az 97 öğrencinin yaralandığı belirtildi. pic.twitter.com/A7lkG3SusC