Rusiyada dost olmayan ölkələrə məxsus aktivlərlə bağlı QƏRAR

12:02 - 26 Aprel 2023

Rusiyada dost olmayan ölkələrə məxsus aktivlərlə bağlı QƏRAR

Rusiya prezidenti Vladimir Putin ölkəsində qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsinə icazə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin imzaladığı fərmanla ölkədəki Uniper və Fortum şirkətlərinin aktivlərinə qəyyumlar təyin edilib.

Rusiyada başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verən fərmanda sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.

Onun xaricdə dondurulmuş Rusiya aktivlərinə qarşı cavab addımlarını ehtiva edən fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az