Ərdoğanın son durumu AÇIQLANDI

13:37 - 26 Aprel 2023

Ərdoğanın son durumu AÇIQLANDI

Dünən canlı yayım zamanı halı pisləşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş açıqlama verib.

Onun sözlərinə görə, Ərdoğanın səhhəti yaxşıdır: “Bunların hamısı bu gün geridə qaldı. Prezidentimiz kifayət qədər sağlamdır. Öz günlük proqramına davam edəcək”.

Ərdoğan da, öz növbəsində tviter hesabında səhhəti ilə bağlı paylaşım edib. Türkiyə lideri həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün istirahət edəcəyini bildirib.

Xatırladaq ki, R. T. Ərdoğan aprelin 25-i yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb. O, daha sonra bir qədər soyuqladığını və mədəsinin ağrıdığını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az