Keniyanın Malindi şəhəri yaxınlığında "ac qalaraq İsa Peyğəmbər ilə görüşəcəyi vəd edilənlərin” ölüm orucunda həyatını itirənlərin sayı artır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Keniyanın daxili işlər naziri Kithure Kindiki bildirib ki, aclıq təriqətinin lideri Makenzie Ntenqenin fermasında daha 17 cəsəd çıxarılıb. Ölüm orucunda olarkən xilas edilənlərin sayı 35 nəfərdir.
Keniya Qırmızı Xaç Cəmiyyəti təriqətlə əlaqəli olduğu güman edilən 213 nəfərin ğldüyünü açıqlayıb. Kindiki, axtarış-xilasetmə əməliyyatının miqyasını yaxşılaşdırmağa və mümkün olduğu qədər insanların həyatını xilas etməyə çalışacaqlarını bildirib.
Manşet.az