Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Avropaya göndərdiyi neftin 20 faizinin Çin və Hindistan kimi Asiya bazarlarına yönəldiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Novak Qərb ölkələrinin hərtərəfli sanksiyalar tətbiq etdiyi Rusiyanın enerji sektoru ilə bağlı bildirib ki, Rusiyanın Avropaya göndərdiyi enerji resursları əhəmiyyətli dərəcədə yeni bazarlara yönəldilib.
Neftdə Asiya bazarının ön plana çıxdığını bildirən Novak, "Avropaya göndərdiyimiz neftin 20 faizini Çin və Hindistan kimi Asiya bazarlarına yönəltdik" – deyib.
O, təbii qaz ixracatında da oxşar vəziyyətin olduğunu vurğulayıb:
“Avropaya təbii qaz nəqlini təxminən 30 faiz azaldıb, bir hissəsini Asiyaya yönəltdik. Xüsusilə, “Sibirin Gücü” vasitəsilə Çinə daşımaları təxminən 50 faiz artırdıq”.
Manşet.az