Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO üzvlüyünün heç kimi hədəf almadığını ifadə edərək, "NATO vasitəsilə öz təhlükəsizliyimizi yüksək səviyyəyə qaldırırıq” – deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu illər ərzində təhlükəsizlik və müdafiəyə sərmayə qoyduqlarını xatırladan Niinistö, "Finlandiyanın NATO üzvlüyü heç kimi hədəf almır. NATO vasitəsilə öz təhlükəsizliyimizi bir üst səviyyəyə qaldırırıq. Dəyərlərimizi qoruyacağıq. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə yönəlmiş sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsi olaraq qalacaq” – deyib.
Manşet.az