ABŞ hökuməti geniş yayılmış süni intellektli robotlardan sui-istifadə hallarına qarşı sərt tədbirlər görəcəklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Federal Ticarət Komissiyasının sədri, Ədliyyə Departamenti, Bərabər Məşğulluq İmkanları Komissiyası və İstehlakçının Maliyyə Müdafiəsi Bürosunun rəsmiləri ilə süni intellektin ədalətsiz, aldadıcı və ya sui-istifadə hallarına qarşı mübarizə səyləri ilə bağlı görüş keçirib.
Görüşdən sonra verilən birgə bəyanatda süni intellektli robotlardan sui-istifadə hallarına qarşı “hüquq, ədalət və bərabərlik prinsiplərini müdafiə etmək” öhdəliyi götürülüb.
Süni intellektin faydalı olduğu kimi qeyri-qanuni də istifadə oluna biləcəyi və ayrı-seçkiliyə səbəb ola biləcəyi də vurğulanıb.
Manşet.az