İranda Xameneyinin sözçüsü olan yüksək vəzifəli din xadimi öldürüldü

15:57 - 26 Aprel 2023

İranda Xameneyinin sözçüsü olan  yüksək vəzifəli din xadimi öldürüldü

İranda silahlı hücumda Xameneyinin sözçüsü olan yüksək rütbəli din xadimi öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin sözçüsü vəzifəsində çalışmış yüksək səviyyəli iranlı din xadimi ölkənin şimal əyalətlərindən birində silahlı hücum nəticəsində öldürülüb.

75 yaşlı Abbas Əli Süleymani İranın ali liderini, ölkənin ən yüksək hakimiyyət orqanını seçmək vəzifəsi daşıyan Ekspertlər Assambleyasının 88 üzvündən biri idi.

Rəsmi İrna xəbər agentliyi bir rəsmiyə istinadən xəbər verir ki, Əli Süleymani bu səhər Tehrandan təxminən 230 kilometr şimalda, Xəzər sahilindəki Babolsar qəsəbəsində silahlı hücum nəticəsində öldürülüb. Agentlik hücumçunun təhlükəsizlik qüvvələri tərəfindən tutulduğunu və həbs edildiyini də bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az