Rus milyarderləri daha da varlandılar

16:32 - 26 Aprel 2023

Rus milyarderləri daha da varlandılar

Rusiyanın Ukraynaya müdaxiləsi ilə Qərb Moskvaya qarşı xüsusilə sərt iqtisadi sanksiyalar tətbiq etmişdi. Amma “Forbes” jurnalına görə, rusiyalı milyarderlər keçən il sərvətlərinə 152 milyard dollar əlavə ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın ən varlı adamları müharibə başlayandan sonra külli miqdarda sərvət itkisini bərpa edərək, keçən il sərvətlərinə daha 152 milyard dollar əlavə ediblər.

“Forbes”in Rusiya nəşrinin məlumatına görə, siyahıda yer alan rusiyalı milyarderlərin rəsmi sayı ötən illə müqayisədə 22 nəfər artaraq 110-a çatıb, onların ümumi sərvəti isə 353 milyard dollardan 505 milyard dollara yüksəlib. Qərbin sanksiyalarına baxmayaraq, Rusiya neft, metal və digər təbii sərvətlərini Çin, Hindistan və Yaxın Şərq də daxil olmaqla qlobal bazarlara satmağı bacarıb.

Gübrə ticarətindən sərvət qazanan Andrey Melniçenko 25,2 milyard dollarlıq sərvətlə Forbes tərəfindən Rusiyanın ən zəngin adamı kimi göstərilib.

“Forbes” jurnalı yazıb ki, bir çox rusiyalı milyarderlər Qərbin sanksiyalarına səriştəsiz və hətta irqçi vasitə kimi baxırlar.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az