8 ildir əfsanəvi münasibət yaşayan Kriştianu Ronaldo və Corcina Rodriqes cütlüyü ayrılıq ərəfəsindədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriqeslə münasibətlərində pis günlər yaşanır.
Corcinanın alış-veriş aludəçiliyindən şikayət edən Ronaldonun yaxın ətrafına "Həmişə pul xərcləyir. Başqa heç nə etmir" deyərək, ayrılmağı düşündüyü iddia edilib.
Sevgilisinin günün çox hissəsini ticarət mərkəzində keçirdiyini bildirən portuqaliyalı ulduz yaxın dostlarına münasibətini davam etdirməyə artıq səbrinin olmadığını bildirib.
Manşet.az