Türkiyənin yeni “Altay” tankının Türkiyə Silahlı Qüvvələrinə mərasimlə təhvil verilməsi Yunanıstanda əks-səda doğurub.
Manset.az Trthaber-ə istinaən xəbər verir ki, Yunan mediası prezident Ərdoğanın tankın təhvil vermə mərasimindəki “Hədəfimizi tam müstəqil müdafiə sənayesi olaraq təyin etdik” deməsini gündəmə gətirib.
Yunanıstanın ordu-səsi xəbər saytı yeni "Altay" tankının sınaq üçün orduya təhvil verildiyini bildirib: "Yeni Türk tankı təslim edildi. Daha nə planlaşdırırlar?" başlığı ilə dərc edib
Xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın təslim mərasimindəki çıxışı da yer alıb.
Məsələ Yunanıstanın dövlət kanalında da gündəmə gəlib.
Burada çıxış edən Mora Universitetinin Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamentinin professoru Antonis Klapsis prezident Ərdoğanın eyni zamanda ikinci atom elektrik stansiyası və təyyarə gəmisi vədinə toxunaraq, Avropa gücləri
Türkiyə ilə əməkdaşlığa qaçır deyib.
Yunanıstan professoru Ərdoğanın birincidən ən azı iki dəfə böyük olan başqa bir təyyarədaşıyıcı gəmi inşa etmək məqsədi ilə bağlı açıqlamalarını xatırladıb.
O, bu təşəbbüs üçün İngiltərə ilə əlaqə saxladığına diqqət çəkib.
Klapsis "Türkiyə dünyanın ən böyük 20 iqtisadiyyatından biridir" ifadəsini işlədib.
Jalə
Manşet.az