Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstandakı Taliban administrasiyasını qadınlara və qızlara qarşı getdikcə sərtləşən məhdudiyyətləri tez bir zamanda geri götürməyə çağırıb və qadınların BMT ilə işləməsinə qoyulan qadağanı pisləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BMT-nin bu gün Təhlükəsizlik Şurasında səsə qoyulması gözlənilən qətnamə layihəsi Əfqanıstan cəmiyyətində qadınların “əvəsiz rolunu” bir daha təsdiqləyib və Talibanın ölkədə qadın və qızların insan hüquqlarını və əsas azadlıqlarını “eroziyasından” dərin narahatlıq ifadə edib.
Taliban hərəkatını təhsil, məşğulluq, hərəkət azadlığı və ictimai həyatda bərabər iştirak imkanlarını sürətlə bərpa etməyə çağıran layihə BMT-yə üzv olan bütün dövlətlərə Talibanın qadınlara və qızlara qarşı siyasət və təcrübələrini “dərhal tərsinə çevirmək” üçün öz təsir imkanlarından istifadə etməyi tövsiyə edib.
Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya tərəfindən hazırlanan qətnamə layihəsinin bu gün 15 üzvdən ibarət Şurada səsverməyə çıxarılması planlaşdırılır.
Rusiya və Çinin bitərəf qalacağı gözlənilsə də, qətnamə layihəsinin təsdiqi qəti hesab olunur.
Manşet.az