Ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində snayperlər tərəfindən güllələnib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum zamanı İtaliya qəzeti olan La Repubblica-nın müxbiri Korrado Zunino da yaralanıb. Zunino Xerson şəhərində xəstəxanaya yerləşdirilib və müalicəsi davam edir.
“La Repubblica” xəbər verir ki, Zunino və Bitik Xerson bölgəsində şübhəli rus snayperlərinə qarşı pusquya düşüblər. “Onların hər ikisi üzərində “Press” yazılmış gülləkeçirməz jiletlər olub”.
Ərazidə rus snayperləri fəal olduğu üçün Bitikin cəsədini çıxarmaq mümkün olmayıb.
İtaliya mətbuatına açıqlama verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bitikin ölümündə rusların məsuliyyət daşıdığını bildirib. “Ruslar sizin rus, italyan və ya ukraynalı olmağınıza əhəmiyyət vermir, onlar sadəcə atəş açır”, - Kuleba deyib.
Rusiya hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilatı son hadisədən əvvəl Rusiyanın 24 fevral 2022-ci ildə işğala başladığı Ukraynada 8 jurnalistin öldürüldüyünü, 19 jurnalistin yaralandığını açıqlayıb.
Zunino və Bitik Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında hədəfə alınıb.
Manşet.az