Rusiya Ukraynanı raketlə vurdu – Ölən və yaralılar var

14:42 - 27 Aprel 2023

Rusiya Ukraynanı raketlə vurdu – Ölən və yaralılar var

Rusiyanın Ukraynanın Nikolayev şəhərinə gecə saatlarında raket hücumları həyata keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb.

Ukrayna Ordusunun Cənub Əməliyyat Komandanlığından verilən açıqlamada gecə saatlarında Qara dənizdən atılan raketlərlə Mikolayiv şəhərinin müxtəlif məntəqələrinin vurulduğu bildirilib:

“Ümumilikdə 4 raket atılıb. Koordinatlara əsaslanan yüksək dəqiqlikli raketlər dinc əhaliyə qarşı terror aktının açıq göstəricisidir. Son məlumata görə, hücum nəticəsində bir mülki şəxs həlak olub, biri uşaq olmaqla 23 nəfər yaralanıb”.

Raketlərin vurduğu binalarda başlayan yanğın qrupların müdaxiləsindən sonra söndürülüb. Hücum zamanı bir bina tamamilə dağılıb, bir tarixi bina və bir mənzilə ciddi ziyan dəyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az