ABŞ Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer G. Kavoli Rusiya ordusunun əksəriyyətinin Ukrayna müharibəsindən mənfi təsirlənmədiyini və rusların əvvəlki illərlə müqayisədə Atlantik okeanında patrul xidmətini artırdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, General Kavoli Avropada təhlükəsizlik vəziyyəti ilə bağlı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasında müdafiə katibinin beynəlxalq təhlükəsizlik üzrə müavini Selest Uollanderlə danışıb.
Bir konqresmenin Rusiya donanmasının “müharibədən kifayət qədər yorğun olmasına baxmayaraq” Atlantik okeanında ara-sıra patrul xidməti həyata keçirməsi ilə bağlı sualına Kavoli belə cavab verib: “Rusiya ordusunun əksəriyyəti müharibədən mənfi təsirlənmədi. Bu qüvvələrdən biri də sualtı gücdür”.
Rusiyanın sualtı imkanları haqqında açıq danışmaq istəmədiyini ifadə edən ABŞ komandiri, “Biz Rusiyanın ötən illərdə gördüyümüzdən qat-qat fəal olduğunu və Atlantik okeanında patrul xidmətini illər ərzində gördüyümüzdən daha yüksək səviyyəyə qaldırdığını görürük. Bu, sizin qeyd etdiyiniz kimi Ukraynada etdiklərinə baxmayaraq baş verir” -qiymətləndirməsini edib.
Kavoli Rusiya quru qoşunlarının böyük itki verməsinə baxmayaraq, onların sayına görə müharibədən əvvəlki vəziyyətdən daha çox olduğunu bildirib:
“Hava Qüvvələri çox az itki verib. 80 təyyarə itirdilər. Onların sərəncamında hələ də 1000 qırıcı və bombardmançı təyyarə var. Onun donanması yalnız bir gəmi itirdi”.
Manşet.az