İstanbulda 11 mərtəbəli binada yanğın baş verib.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, ərazidə sıx tüstünün əmələ gəldiyi və tüstüdən ətrafdakı tikililərin boşaldıldığı yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.
“Akit Medya” qrupunun da daxil olduğu 11 mərtəbəli binanın zirzəmisində yerləşən anbarda tekstil materialları yanıb.
Zirzəmidən qalxan tüstü qısa zamanda bütün binanı bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.
Güclü tüstü səbəbindən ətrafdakı müəssisələr də təxliyə edilib. Yanğın yanğınsöndürənlərin gərgin səylərindən sonra nəzarətə götürülüb.
Yanğın zamanı xəsarət alan və tələfat yoxdur.
Jalə
Manşet.az