Microsoft prezidenti Bred Smit şirkətin oyun firması olan Activision Blizzard-ı almasına İngiltərənin mane olmasının etibarı sarsıdan bir qərar olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Microsoft prezidenti Bred Smit, İngiltərə Rəqabət və Bazarlar Təşkilatının (CMA) dünən Microsoft-un Activision-u satın almasına mane olduğu üçün 40 ildir fəaliyyət göstərdikləri ölkədə "ən qaranlıq" gün yaşadıqlarını ifadə edib.
Bu qərarın məyusedici olduğunu ifadə edən Smit, "Bundan əlavə, İngiltərə üçün pis qərardır. Bu qərar Böyük Britaniyada texnologiya iş imkanlarının gələcəyinə olan inamımızı sarsıtdı. İnsanlar təəccübləndi, məyus oldu və İngiltərədə texnologiyaya inam sarsıldı” – deyib.
Manşet.az