Taylandın paytaxtı Banqkokda keçmiş sevgilisi də daxil olmaqla 12 yaxınını sianidlə zəhərləyərək öldürməkdə ittiham olunan qadın həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cinayətlərin 2020-ci ildə başladığını və bütün qurbanların eyni şəkildə öldüyünü bildirən polis, bəzi cəsədlərin yandırıldığını qeyd edib. Ölənlər arasında iki polis də var.
Bütün şübhələrin mərkəzində olan qadın dünən həbs olunduqdan sonra ona qarşı irəli sürülən ittihamları rədd edib.
Səlahiyyətlilər onun zaminə buraxılması tələbini də qəbul etməyib.
Manşet.az