Erməni qadının evinə girən “azərbaycanlı” tutuldu

15:21 - 28 Aprel 2023

Erməni qadının evinə girən “azərbaycanlı” tutuldu

Ermənistanın Tavuş rayonunda 55 yaşlı kənd sakini polisə müraciət edərək bir azərbaycanlının ona hücum etdiyini bildirib.

 

Manset.az Globalinfo.az-a istinadən xəbər verir ki, qadın bir şəxsin onun evinə girib təcavüz etdiyini və zinət əşyalarını oğurladığını deyib.

O qeyd edib ki, həmin şəxs erməni dilində danışaraq azərbaycanlı olduğu söyləyib və onu hədələyib.

Ermənistan İstintaq Komitəsinin araşdırması nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsin 28 yaşlı Artyom adlı Tavuş sakini olduğu müəyyən edilib. O, cinayəti törətdiyini etiraf edib, üzərində erməni qadına aid olan qızıl-zinət əşyaları aşkar olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az