NASA NGC 1333-ün diqqət çəkən fotosunu kosmos həvəskarları ilə paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hubble Kosmik Teleskopunun orbitə buraxılmasının 33-cü ildönümü ulduz əmələ gəlmə bölgəsinin fotoşəkili ilə qeyd olunub.
Bildirilib ki, görüntüdə qara buludda yüzlərlə yeni yaranan ulduzun qarışdırdığı parlaq qazlar və qara tozdan ibarət “qaynayan qazan” əks olunub.
"Bu görüntü Günəşimizin və planetlərimizin 4,6 milyard il əvvəl bu kimi molekulyar buludda əmələ gəldiyinə bir nümunədir".
Manşet.az