Rusiya Ukraynanın şəhərlərinə hava zərbələri endirdi – 3 günlük matəm elan edildi

17:22 - 28 Aprel 2023

Rusiya Ukraynanın şəhərlərinə hava zərbələri endirdi – 3 günlük matəm elan edildi

Rusiya ordusu səhər saatlarında Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla Dnepr, Uman və Ukrainka şəhərlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə intensiv hücumlar həyata keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko verdiyi açıqlamada Rusiya ordusunun paytaxt Kiyevə hava hücumu təşkil etdiyini bildirib.

Kiyev hava məkanında 11 rus qanadlı raketinin müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirən Popko, 2 PUA-nın da vurulduğunu bildirib.

Popko qeyd edib ki, Kiyevə edilən hücumlarda ölən və yaralanan olmayıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko verdiyi açıqlamada Rusiyanın səhər saatlarında Dnepr, Oman və Ukrainka şəhərlərinə raket zərbələri endirdiyini bildirib.

Omanda mənzillərə raketlərin düşdüyünü qeyd edən Klimenko, "Hücumlarda aralarında uşaqların da olduğu 10 nəfər həyatını itirdi, 9 nəfər isə xəstəxanaya yerləşdirildi” – deyib.

Omanda raket hücumlarında həyatını itirənlər üçün 3 günlük “matəm” elan edilib, bütün əyləncə tədbirləri ləğv edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az