Nigeriyanın Plato əyalətində yanacaq tankerində baş verən partlayış nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb.
Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, Plateau Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Direktoru Alfred Alabo verdiyi açıqlamada partlayışın ştatın paytaxtı Josda Bauçi-Jost Şimal şossesində yerləşən yanacaqdoldurma məntəqəsində tankerdən yanacaq boşaldılması zamanı naməlum səbəbdən baş verdiyini bildirib.
Alabo qeyd edib ki, Partlayışda 28 mağaza və 8 avtomobilin yandığını, ətrafdakı evlərə də ziyan dəydiyib . Həmçinin ölənlərin sayının artmasından narahat olduqlarını dilə gətirib.
Jalə