Kolumbiyada isveçli sənədli film rejissorunun silahlı üsyançı Milli Azadlıq Ordusu (ELN) təşkilatı tərəfindən qaçırıldığı bildirilir.
Manset.az xəbər verir ki, Kolumbiya mətbuatında çıxan xəbərə görə, İsveç vətəndaşı Ulf Bilger Erlingsson Şimali Santander inzibati bölgəsindəki Tibu qəsəbəsində ELN üzvləri tərəfindən qaçırılıb.
ELN sənədli film rejissoru və jurnalist Erlinqssonu qaçırdıqlarını təsdiqləyərək onun martın 1-də sui-qəsd və casusluq ittihamı ilə oğurlandığını bildirib.
İsveç səlahiyyətliləri, Ombudsman Aparatı və Katolik Kilsəsinin onlara müraciət etdiyini qeyd edən ELN, Erlinqssonun müəyyən müddətdən sonra sərbəst buraxılacağını açıqlayıb.
Kolumbiya hökuməti ilə ELN nümayəndələri arasında danışıqların üçüncü raundunun Kubanın ev sahibliyi ilə mayın 2-də başlayacağı gözlənilir.
Jalə
Manşet.az