Pakistanda leysan yağışlar daşqınlara səbəb olub.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Regional Fəlakət İdarəetmə İdarəsi məlumat yayıb.
Daşqınlara görə 5 nəfər həyatını itirib. Ölüm hadisələri ölkənin cənub-qərbində yerləşən Bəlucistan vilayətində qeydə alınıb.
Leysan yağışlar səbəbindən Bəlucistanda nəqliyyatda mühüm problemlər yaranıb, iki əsas yolun bağlanması nəticəsində vilayətin ölkənin qalan hissəsi ilə əlaqəsinin kəsildiyi bildirilir.