Xərçəng daha erkən mərhələdə aşkaralana biləcək - İnqilabi YENİLİK

10:25 - 01 May 2023

Xərçəng daha erkən mərhələdə aşkaralana biləcək - İnqilabi YENİLİK

Alimlər xərçəngi əvvəlki vasitələrdən daha yüksək dəqiqliklə aşkar edən süni intellekt aləti hazırlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xərçəngin aşkarlanmasında yeni süni intellekt vasitəsinin istifadə oluna biləcəyi açıqlanıb.

İngiltərədəki Xərçəng Araşdırma İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış süni intellekt vasitəsi kompüter tomoqrafiyasında görünən anormal böyümələrin xərçəngdən qaynaqlandığını müəyyən edə bilir.

Lancet-in eBioMedicine jurnalında dərc edilən araşdırmaya görə, sözügedən alqoritm mövcud metodlardan daha səmərəli işləyir.

Mütəxəssislər gələcəkdə bu metodun erkən diaqnozu asanlaşdıra biləcəyini və erkən müdaxilə ilə müalicədə daha müvəffəqiyyətli ola biləcəyini bildirib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az